“UNEC istedadları” – tələbə tarzən

20 OKTYABR 2017 | VIEWS:
3125

“UNEC istedadları” layihəsinin növbəti qəhrəmanı Beynəlxalq İqtisadiyyat Məktəbinin IV kurs tələbəsi Baba Abbasovdur.

Baba Abbasov 1996-cı il dekabrın 19-da Bakıda anadan olub. Orta təhsilini Nərimanov rayonu “Tərəqqi” liseyində alıb. Eyni zamanda Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbində tar ixtisası üzrə təhsil alaraq, 2014-cü ildə tam kursu bitirib. Müəllimləri hər zaman xüsusi istedadı ilə fərqlənən şagirdlərini ali təhsilli musiqiçi kimi görmək istəsələr də, daima professional işgüzar mühitdə çalışmaq istəyən B.Abbasov iqtisadçı olmaq qərarına gəlir.

UNEC-də mühasibat uçotu və audit ixtisası üzrə ingilis dilində təhsil alır. Eyni zamanda da bir musiqiçi kimi daima öz üzərində çalışır. Yaradıcılığında improvizasiyalara xüsusi yer ayırır. Muğam və Qərb musiqisini sintezini edərək, yeni üslublar üzərində çalışır. Tələbə tarzən həm də qrup yoldaşı Anar Bağırovla birlikdə əsərlərin tar və gitara ilə sintezini hazirlayirlar.

UNEC-in Yaradıcılıq Mərkəzinin üzvü olan Baba Abbasov universitet tədbirləri ilə yanaşı digər konsert və televiziya proqramlarında çıxış edir. Onun ifaları sosial şəbəkələrdə xüsusi populyarlıq qazanıb.

Təhsilinin magistr pilləsinə xaricdə davam etməyi düşünən UNEC tələbəsi tarını da özü ilə aparacağını bildirir.

Baba Abbasovun ifasını təqdim edirik: 

İstedadlı UNEC tələbələri

UNEC-in yaradıcılıq mərkəzinin üzvüləri “Tezdən oyan” verlişinin qonağı olublar – Lider TV

UNEC istedadları

Aslan Əzimzadə – “UNEC istedadları” – tələbə vokalçı (13.10.2017)

Ləman Əkbərova – UNEC istedadları” – tələbə şairə (06.10.2017)

Azad İsmayılzadə – “UNEC istedadları” – rəssam tələbə (29.09.2017)

3126 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna