Karyera Mərkəzi təlimlərə start verib

06 MART 2017 | VIEWS:
2660

Martın 6-da UNEC-in Karyera Mərkəzi tərəfindən “Kreditləşmənin əsasları” mövzusunda təlimə start verilib. Dörd gün davam edəcək tədbirdə tələbələrimiz kredit sistemi, kreditləşmənin mərhələləri və kredit risklərinin idarə olunması mövzularında təlim görəcəklər. Təlim bu sahə üzrə mütəxəssislər olan Ramin Bayramov və Nicat Novruzov tərəfindən həyata keçiriləcəkdir.

Tədbirin sonuncu günü iştirakçılara sertifikat veriləcəkdir.

Qeyd: Təlim UNEC-in Karyera Mərkəzinin elan etdiyi təlim planına əsasən həyata keçirilir.

Təlim planı

2661 1