Bakı Dövlət Universitetinin “İnformasiya və sənəd menecmenti” fakültəsinin təşkilatçılığı ilə “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda tələbələr arasında III Respublika konfrans-müsabiqəsi keçirilib.
Müsabiqənin şərtlərinə əsasən, BDU-nun tələbələrindən ibarət 7 komanda BDU, UNEC, ADU, ADNSU, ADPU, AZMİU, ADMİU-nun kitabxanalarının fəaliyyəti ilə bağlı tədqiqat aparıblar. Müsabiqənin yekununda komandalar apardığı tədqiqatların nəticələri barədə təqdimatla çıxış edib.
Müsabiqədə “ALFA” komandasının UNEC Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti ilə bağlı təqdimat işi qalib olub. BDU-nun II kurs tələbələri Əliyeva Fidan, Məmmədova Şəbnəm, Məmmədli Ləman, Rəhimli Nərmin, Məmmədov Ağasəfin təmsil olunduğu “ALFA” komandası təqdimatlarında UNEC Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyətini, elektron kataloq və e-kitabxana xidmətlərini, yerli və beynəlxalq elektron resurslardan istifadə imkanlarını ilə bağlı araşdırmalarını paylaşıblar. “ALFA” komandasının maraqlı təqdimatı, UNEC KİM-in fəaliyyətini əks etdirən bukleti, UNEC KİM-in fəaliyyətini daha da təkmilləşdirmək məqsədilə təqdim etdiyi təklifləri, eləcə də KİM-də yeni informasiya kommunikasiya texnologiyalarının tətbiqini işıqlandıran videoçarxı ilə digər təqdimatlardan fərqliliyinə və mükəməlliyinə görə yüksək balla qiymətləndirilib.
https://news.unec.edu.az/xeber/100-elm/10060-unec-kitabxana-i-nformasiya-merkezinin-fealiyyeti-hagginda-tegdimat-respublika-musabigesinin-galib-oldu