1992-ci ildə törədilən XX əsrin ən dəhşətli cinayəti – Xocalı hadisələrinin soyqırımı kimi tanınması üçün Fransada petisiya açılıb. Bununla əlaqədar dünya azərbaycanlılarına ünvanlanan müraciətdə petisiyaya səs verməyə çağırılıb.
Petisiyaya qoşulmaq çox sadədir.
Sadəcə aşağıdakı linkə daxil olmaq, sonra isə ad, soyad, e-mail ünvanı yazmaq lazımdır. Bununla siz Xocalı soyqırımının Fransada tanınmasına dəstək olursunuz.
UNEC-in bütün kollektivini və müəllim və tələbə heyətini Xocalı soyqırımının Fransada tanınmasına dəstək olmağa çağırırıq!