Tədbirdə Elm və Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin rəsmi şəxsləri, millət vəkilləri, rektorlar, veteran futbolçular iştirak ediblər.
İlk yarışda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Bakı Mühəndislik Universitetinin komandaları qələbə uğrunda mübarizə aparıblar. Hər iki komandanın maraqlı və həyəcanlı yarışı UNEC komandasının qələbəsi ilə başa çatıb.
Liqanın açılışında iştirak edən UNEC rektoru professor Ədalət Muradov UNEC komandasını təbrik edərək, onlara yeni qələbələr arzulayıb.