UNEC-lə “Xalq Sığorta” yeni layihəyə başladı

01 MART 2016 | VIEWS:
3699

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi ilə “Xalq Sığorta” şirkəti “Sığorta Gələcəyimiz-Gələcəyimiz İsə Uğurumuzdur ” adlı layihəyə start verib.

Layihə çərçivəsində universitetin II, III və IV kurs tələbələri üçün martın 1-dən 7-dək şirkətin mütəxəssisləri tərəfindən sığortaya giriş, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari siğortasi (avto icbari),  daşınmaz əmlakın icbari sığortası (icbari əmlak) mövzularda təlim keçəcəklər. Layihəyə qatılan tələbələr sərbəst iş qrafiki ilə qazanc əldə etmək və gələcəkdə karyera qurmaq imkanlarına sahib ola bilərlər.

Təlimin sonunda müsabiqədən keçən iştirakçılara şirkət tərəfindən stimullaşdırıcı hədiyyələr və sertifikatlar veriləcək.

3700 2