UNEC müəlliminin kitabı Türkiyədə dərc olunub

07 DEKABR 2015 | VIEWS:

Turkiye Ermenistan kitapr585b500

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi Araz Aslanlının “Qarabağ problemi və Türkiyə-Ermənistan münasibətləri” adlı kitabı Türkiyədə dərc olunub.

İki hissədən ibarət olan kitabda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı probleminin aktuallığı, işğalın ümumilikdə region üçün yaratdığı problemlər, münaqişənin həllinin vacibliyi və region üçün yaradacağı faydalar, Türkiyə-Ermənistan münasibətlərindəki mövcud vəziyyətin bu baxımdan əhəmiyyəti izah olunub. Kitabda eyni zamanda, Türkiyə-Ermənistan münasibətlərinin yaxın tarixi və münasibətlərdəki əsas məqamlara, Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması ilə bağlı təşəbbüslərə toxunulub.