UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri, Beynəlxalq İqtisadiyyat Məktəbinin müəllimi Anar Kazımov Macarıstanın Dunaujvaros Universitetində dərslər aparıb.
Dərslər biznesin idarəolunması ixtisası üzrə əcnəbi tələbələr üçün təşkil olunub.
Departament rəhbəri eyni zamanda UNEC-lə Dunaujvaros Universiteti arasında gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair müzakirələr aparıb.
Qeyd edək ki, Erasmus+ proqramına uyğun olaraq baş tutan səfər çərçivəsində UNEC-in daha iki əməkdaşı Dunaujvaros Universitetində mübadilədə iştirak edir.