Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, UNEC yeni təşəbbüsə start verib.
Yerli televiziyalara müsahibəsi zamanı Prezident İlham Əliyev ölkənin gələcək inkişafı ilə bağlı milli ideyaların yaranması məqsədilə siyasətçilər, politoloqlar, elm adamları və ziyalıların qarşısına tapşırıqa qoyaraq, ictimai müzakirələrin aparılmasının vacibliyini bildirib: “Bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Biz əsas vəzifəni bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.
Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır.
UNEC-də ölkə başçısının verdiyi tapşırığa uyğun olaraq, martın 14-də “Gələcək Özümü Gələcək?” mövzusunda ilk ictimai müzakirə keçirilib. Gələcəyin mədəni, elmi, ideoloji hədəflərinə həsr olunmuş ilk müzakirə “Gələcək əsr deyil, əsərdir!” başlığı ilə aparılıb.
İctimai müzakirələr fərqli iştirakçılarla davamlı olaraq keçiriləcək və müzakirələr “DAHA TV” youtube kanalında yayımlanacaq.
https://news.unec.edu.az/xeber/125-universitet/11355-unec-prezident-i-lham-eliyevin-tapshirigina-uygun-olarag-yeni-teshebbuse-start-verdi