UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Yadulla Həsənli Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən beynəlxalq konfransda iştirak edib. Qazaxıstan Respublikası İqtisadi Tədqiqatlar İnstitutunun təşkilatçılığı ilə keçirilən konfrans akademik Saylau Bayzakovun anadan olmasının 80 illik yubileyinə həsr olunub.
UNEC-in professoru Y.Həsənli konfransın plenar iclasında “Dünya statistik cədvəli “Costs and issues” və onun dünya iqtisadiyyatının inkişafında tətbiqi və tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. Konfrans iştirakçılarının marağına səbəb olan məruzə ətrafında geniş müzakirə aparılıb. Y.Həsənli Qazaxıstan İqtisad Universiteti rektorunun təşəbbüsü ilə həmin universitetin müəllim və tələbə heyəti ilə də görüşüb. UNEC professoru görüşdə “Davamlı inkişafda elm və təhsilin rolu”, həmçinin “Maliyyə və beynəlxalq ticarət” mövzularında mühazirələr oxuyub, görüş iştirakçılarının suallarını cavablandırıb.