Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, Rusiya Federasiyasının iqtisad elmləri doktoru Sadıqov Elnur qış məktəbində mühazirə oxumaq üçün Sankt Peterburqa ezam olunacaq.
Rusiya Hökuməti yanında Maliyyə Universitetinin Sankt-Peterburq filialında keçirilən təlimlər iqtisadyönümlü universitetlərin maliyyə-kredit ixtisası üzrə elmi-pedaqoji kadrları üçün təşkil olunub. E.Sadıqov təlimdə beynəlxalq valyuta və kredit münasibəti fənni üzrə mühazirə oxuyacaq.
“Təhsildə inteqrasiyanın yeni formaları, elm və biznes” mövzusunda keçirilən təlimlərdə Avropa və Asiyanın beynəlxalq təhsil təcrübəsi öyrəniləcək. Eyni zamanda iqtisad üzrə ali məktəblərin məzunları ilə müasir tələblər barədə müzakirələr aparılacaq.
Təlimlər fevralın 3-dən 15-dək keçiriləcək.