UNEC professoru və dosenti ştatları üzrə müsabiqə elan olunur

14 SENTYABR 2022 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) əməkdaşlar üçün aşağıda qeyd olunan ştatlar üzrə müsabiqə elan edir.

  • UNEC professoru – 3 yer;
  • UNEC dosenti – 5 yer.

Qeyd olunan vəzifələri tutmaq üçün müsabiqədə mövcud Əsasnamələrin tələblərinə uyğun olan namizədlərin iştirakına icazə verilir.

Namizədlər UNEC-in saytında elan verildikdən 1 ay müddətinə müraciət edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün “UNEC professoru” və “UNEC dosenti” vəzifələri və onların tutulması haqqında Qaydaların 3-cü bəndlərində nəzərdə tutulmuş tələblərə dair məlumatlar ərizə ilə birlikdə aşağıdakı elektron ünvana təqdim edilməlidir:

Email: [email protected]

Əsasnamə:

UNEC Professoru

UNEC Dosenti

*

https://news.unec.edu.az/xeber/133-muellim/9131-bold-red-unec-professoru-ve-dosenti-shtatlari-uzre-musabige-elan-olunur-bold-red