UNEC rektoru Qazaxıstanda işgüzar səfərdədir

07 APREL 2026 | VIEWS:

UNEC rektoru, professor Ədalət Muradov Qazaxıstanda işgüzar səfərdədir.

Səfər çərçivəsində rektor Ədalət Muradov Almatı şəhərində keçirilən Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumunda iştirak edib. Qazaxıstan və Azərbaycan respublikalarının elm və təhsil nazirlərinin iştirak etdikləri forumda iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub.

Forum çərçivəsində UNEC ilə Qazaxıstanın bir sıra universitetləri arasında əməkdaşlıq müqavilələri imzalanıb.

UNEC rektoru Qazaxıstanda işgüzar səfərdədir