UNEC rektoru tələbələrin müraciətlərini dinləyib

23 YANVAR 2016 | VIEWS:

Yanvar ayının 23-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti “Açıq qapı” günü keçirilib.

“Açıq qapı”da universitetin rektoru,  professor  Ədalət Muradov tələbələrlə və valideynlərlə görüşüb. Rektora edilən müraciətlər əsasən qış imtahan sessiyası ilə bağlı olub. İmtahan nəticələrindən güzəştin edilməsi rektora daha çox verilən suallardan olub. Əksər magistrantlar nəticələrdən narazı qaldıqlarını bildirərək, imtahan cavablarınını yenidən yoxlanılmasının təşkil edilməsini rektordan xahiş ediblər. İntizam qaydalarını pozaraq imtahandan uzaqlaşdırılan bəzi tələbələr isə rektordan onlara əlavə şansın verilməsini xahiş ediblər.

“Açıq qapı”da təhsil haqlarınının ödənilməsində möhlət hüququnun əldə edilməsi ilə bağlı müraciətlər də daxil olub.

Tələbə və valideynləri dinləyən Ə.Muradov müraciətlərin araşdırılaraq obyektiv qərar qəbul ediləcəyini bildirib. Rektor tədbir görülməsi üçün məsul şəxslərə göstərişlərini verib.

Ümumilikdə “Açıq qapı” günündə 50-yə yaxın müraciətə baxılıb.

Görüş “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilib.

UNEC-də qış imtahan sessiyası ilə bağlı sonuncu  görüş yanvar ayının 30-da keçiriləcək.
Artıq “Açıq qapı”ya qeydiyyat başlayıb.
Qeydiyyat üçün əlaqə: 012 497 58 63

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - Premium Hookah - Yeraltı kablo döşeme ürünleri - tipobet - Vazol - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - postegro giriş - ucuz uz - vozol -
volgerskopen.com