“Əziz valideynlər,
Övladınızın tələbə adını qazanması üçün onlarla birlikdə uzun yol qət edərək, böyük əmək sərf etdiniz. Onlara gələcək karyerasının başlanğıc nöqtəsi olacaq və yeni-yeni uğurlar qazandıracaq universitet seçimində yardım etmək məqsədilə sizi “Açıq qapı”da mənimlə görüşə dəvət edirəm. Görüş zamanı UNEC-lə bağlı sizi maraqlandıran bütün suallara cavab tapa biləcəksiniz.
“Açıq qapı” 14 iyul, saat 15:00-da, əsas tədris binasında (Bakı ş., İstiqlaliyyət 6) olacaq.
Hər birinizə və övladlarınıza uğurlar arzulayıram!”
QEYD: “Açıq qapı”da iştirak etmək istəyən valideynlər şəxsiyyət vəsiqələrini də özləri ilə götürməlidirlər.
*
https://news.unec.edu.az/xeber/125-universitet/10420-bold-red-unec-rektoru-valideynlerle-achig-gapi-da-gorushecek-bold-red