UNEC şəhidlərini ehtiramla yad edir

12 YANVAR 2018 | VIEWS:
1044

UNEC torpaqlarımızın müdafiəsi uğrunda həlak olan şəhidlərimizi ehtiramla yad edir…

Bu gün əbədi tələbəmiz Əli Rəsulovun şəhidlik zirvəsinə ucalmasından 24 il keçir…

Rəsulov Əli Hidayət oğlu 7 yanvar 1972-ci ildə Biləsuvar rayonunda anadan olub. Altı uşaqlı ailənin dördüncüsü olan Əli 1989-cu ildə Biləsuvar rayon 3 saylı orta məktəbini bitirib. 1990-1992-ci illərdə hərbi xidmətdə olub. 1993-cü ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüaftı İnstitutunun (indiki UNEC) Uçot iqtisad fakültəsinə daxil olub. Mühasibat uçotu nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisasında qiyabi təhsil alan Əli elə I kursda təhsilini yarımçıq qoyaraq, könüllü Qarabağa yollanıb. Üç ay boyunca cəbhənin ən qızğın nöqtələrində gedən döyüşlərdə iştirak edib. Əli Rəsulov 12 yanvar 1994-cü ildə Füzuli rayonu istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub.

Allah rəhmət eləsin…

1045 1