UNEC tələbələri AVCİYA-nın petisiya layihəsinə qoşulub

18 APREL 2016 | VIEWS:

Aprelin19-da Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Barak Obama administrasiyasına ünvanlanan Dağlıq Qarabağa dair “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” petisiya çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri ilə görüş keçirilib.

Universitetin prorektoru, iqtisad elmləri namizədi Şaiq Əsgərov petisiya haqqında tələbələrə məlumat verib, layihənin Azərbaycan üçün əhəmiyyətindən danışıb.

AVCİYA-nın nümayəndəsi Məhərrəm Zülfüqarlı qeyd edib ki, Obama administrasiyasına ünvanlanan petisiya çərçivəsində 142 min səs toplanıb: “Səsvermədə UNEC tələbələrini fəal olmağa çağırırıq. Sizin hər bir səsiniz Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırır, bizim problemlərimizə diqqət çəkir. Səsvermə davam edir və inanıram ki, bütün Azərbaycan gəncliyi fəal olacaq”.

M.Zülfüqarlı əlavə edib ki, səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciətə qoşulanlar Obama administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım göstərməyə çağırırlar. Səsvermə mayın 6-dək davam edəcək. Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün aşağıdakı linkə daxil olmaq lazımdır:

https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - iptv anbieter - postegro giriş - casino siteleri - ucuz uz - Free twitch viewers - vozol