UNEC tələbələri ölkənin nüfuzlu şirkətlərində təcrübələrini davam etdirirlər

16 APREL 2018 | VIEWS:
1891

UNEC-in tələbələri ölkənin nüfuzlu şirkətlərində ixtisas təcrübələrini davam etdirir.

Əmtəəşünaslıq” fakültəsində müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr ölkənin tanınmış qənnadı fabriki olan “Şirin” MMC-də ixtisas təcrübəsi keçirlər. UNEC-in Təcrübənin təşkili şöbəsinin əməkdaşları təcrübənin təşkili ilə tanış olmaq məqsədilə “Şirin” MMC-də olublar. Müəssisənin direktoru Ramin Əliyev UNEC-in tələbələrinin bilik və bacarıqlarını yüksək qiymətləndirərək, onların təcrübə zamanı verilən bütün tapşırıqları məsuliyyətlə yerinə yetirdiklərini bildirib. R.Əliyev savadlı və bacarıqlı tələbələrin məzun olduqdan sonra müəssisədə işlə təmin olunacağını xüsusi vurğulayaraq, UNEC-lə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyini qeyd edib.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində UNEC-də 3102 bakalavr ixtisas, 660 magistr isə elmi-pedaqoji və elmi-tədqiqat təcrübəsinə cəlb edilib. UNEC-in Təcrübənin təşkili şöbəsi bakalavr və magistrlər üçün ölkənin 538 nüfuzlu müəssisəsində təcrübə keçmək imkanı yaradıb. Bu tədris ilindən UNEC-də bakalavrların təcrübəsinin təşkili yeni qaydalar əsasında aparılır. Belə ki, ötən tədris illərində bakalavrlar üçün təcrübə müddəti 40 gün nəzərdə tutulurdusa, bu tədris ilindən onların təcrübə saatları artırılaraq 14 həftə olub. Bu yenilik təbələbələrin praktiki biliklərini artırmaqla yanaşı, onlara ixtisaslarına uyğun sahədə daha yaxşı mütəxəssis kimi yetişmək imkanı yaradacaq.

1892 1