UNEC-də iqtisadçı alim, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovla görüş keçirilib. Türk Dünyası İşletme fakültəsinin I kurs tələbəsi Tural Rəhimlinin təşəbbüsü ilə təşkil olunan görüşdə UNEC tələbələri ilə yanaşı digər universetlərdən tələbər də iştirak edib.
V.Bayramov müasir iqtisadi nəzəriyyə və Azərbaycan iqtisadiyyatından danışıb. Son dövrlər dünya iqtisadiyyatında baş verən hadisələri şərh edib.
Sonda tələbələrin suallarını cavablandıran alim UNEC tələbələrinin iqtisadi savadlarını və müzakirə bacarıqlarını yüksək qiymətləndirib.