UNEC tələbələri tanınmış şirkətdə karyera qurmaq şansı qazanacaqlar

12 MAY 2016 | VIEWS:
3331

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Sığortaçılığa Yeni Baxış” adlı təlim keçirilir. UNEC-in Karyera Mərkəzi ilə “AXA MBASK” sığorta şirkətinin birgə təşkil etdiyi təlimlər iki gün davam edəcək.

“AXA MBASK”ın mütəxəssisləri təlimlərdə UNEC tələbələrinə sığortaya giriş, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin və  daşınmaz əmlakın icbari sığortası, eyni zamanda sığorta mədəniyyəti ilə bağlı məlumat verəcəklər.

Təlim iştirakçılarına sığorta şirkətinin sertifikatları veriləcək.

Təlimə qatılan tələbələr şirkətdə karyera qurmaq və praktiki kurslarda iştirak etmək imkanı qazanacaqlar.

3332 1