Dekabrın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Endirimli kitab” yarmarkasına start verilib. UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsi ilə Qanun Nəşrlər Evinin təşkilatçılığı keçirilən yarmarkada bütün kitablar tələbələrə 20% endirimlə təklif edilib.
Yarmarkanın məqsədi tələbələrin kitaba olan diqqətini artırmaq və eyni zamanda onlar üçün kitabı əlçatan etməkdir. Yarmarka dekabrın 9-dək UNEC-in I və II tədris binalarında davam edəcək.