UNEC tələbələri üçün endirimli kitablar

25 OKTYABR 2017 | VIEWS:
1556

UNEC-də endirimli kitab yarmarkası keçirilib.

UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsi və Qanun Nəşrlər Evinin təşkilatçılığı keçirilən yarmarkada bütün kitablar tələbələrə 20% endirimlə təklif edilib.

Yarmarka üç gün davam edib. UNEC tələbələri əsasən özünüinkişaf və bədii ədəbiyyat nümunələrinə üstünlük veriblər.

Yarmarkanın məqsədi tələbələrin kitaba olan diqqətini artırmaq və eyni zamanda onlar üçün kitabı əlçatan etməkdir.

1557 1