UNEC tələbələri üçün müsabiqə – Müddət uzadılıb

18 FEVRAL 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Yaradıcılıq Mərkəzinin Tarix dərnəyi müsabiqə elan edir.

UNEC tələbələri arasında keçirilən “UNEC Khojaly outreach” müsabiqəsində iştirak etmək istəyənlər Xocalı soyqırımı haqqında hazırladıqları təqdimatı 22 fevral, saat 12:00-dək elektron formatda (Power Point proqramında) [email protected] ünvanına göndərə bilərlər. Təqdimatın 3 dəqiqədən artıq olmaması tələb olunur.

Təqdimatlar qiymətləndirilərkən 3 amil nəzərə alınacaq:

  • Xocalı faciəsinə yeni baxış;
  • Təqdimatın tarixi faktlarla zənginliyi;
  • Təqdimatın keyfiyyəti və təqdim etmə bacarığı.

Təqdimatlar Azərbaycan, rus və ingilis dilində hazırlana bilər.

Tələblərə cavab verən işlər müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq və sonda münsiflər heyəti tərəfindən ballarla qiymətləndiriləcək.

Təqdimatları göndərərkən e-mailin mövzu hissəsinə “müsabiqə” yazmağınız, ad, soyad, fakultə, kurs və əlaqə nömrənizi qeyd etməyinizi xahiş edirik.

Daha ətraflı: 146-1-3