UNEC tələbələri Vrije Amsterdam Universitetində təhsil almaq şansı qazanıblar

16 APREL 2016 | VIEWS:
1982

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Niderlandın Vrije Amsterdam Universiteti ilə ERASMUS+ proqramı çərçivəsində imzalanan müqavilə əsasında həyata keçirilən Eramus+ Mübadilə Proqramında iştirak etmək üçün 15-dən çox tələbə müraciət edib.

Beynəlxalq İqtisadiyyat Məktəbinin II kurs tələbələri Əfsana Rzayeva ilə Nurlan Zeynallı “Skype” müsahibəsindən sonra bütün seçim kriteriyalarına cavab verərək Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ mübadilə proqramı çərşivəsində Niderlanda bir semestr ərzində təqaüdlü təhsil almaq şansı qazanıblar.

1983 1