UNEC tələbəsi 1-ci oldu

30 NOYABR 2015 | VIEWS:

Azərbaycan Dövlət Dəniz Akademiyasında ali məktəb tələbələrinin “Dil – karyeraya gedən yol“ 2-ci Ümumrespublika müsabiqəsi keçirilib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən AZƏRTAC-a bildirilib ki, Təhsil Nazirliyi və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin dəstəyi ilə təşkil olunan müsabiqədə 12 dövlət ali məktəbinin tələbələri iştirak ediblər.

Müsabiqədə Dəniz Akademiyasının rektoru Çingiz Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son illərdə dövlət gənclər siyasəti ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb. Bildirib ki, özlərini dünyanın hər hansı bir mötəbər ali məktəbinin tələbəsi görmək istəyən, öz karyeralarını qurmaq arzusunda olan gənclər xarici dillərin öyrənilməsinə diqqəti artırmalıdırlar.

Ötən il keçirilən müsabiqədə 4 universitetin tələbələri iştirak etmişdisə, builki müsabiqəyə artıq 12 ali məktəbin tələbələri qoşulub. Bunlar DənizAkademiyası ilə yanaşı, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçılık Akademiyası, Neft və Sənaye  Universiteti, Texniki Universitet, İqtisad Universiteti, Bakı Slavyan Universiteti, Mədəniyyət və İncəsənət Universiteti, Aviasiya Akademiyası, Memarlıq və İnşaat Universiteti, Dövlət Aqrar Universiteti və Sumqayıt Dövlət Universitetidir.

Mərasimdə Dəniz Akademiyasının yaranma tarixini əks etdirən videofilm də nümayiş olunub, müxtəlif ali məktəblərin müəllimlərindən ibarət münsiflər heyəti təqdim edilib. Müsabiqənin şərtləri bütün iştirakçılara çatdırıldıqdan sonra tələbələrin məruzələri dinlənilib. Hər tələbəyə seçdiyi mövzunu 4 dəqiqə ərzində audio-vizual materialların köməyi ilə təqdim etmək şansı verilib. Tələbələr xarici dildə çıxış etməklə bir daha karyeraya gedən yolda dil amilinin önəmli bir vasitə olduğunu göstəriblər.

“Dil – karyeraya gedən yol“ 2-ci Ümumrespublika müsabiqəsinin nəticələri elan olunub.

1-ci yerə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Faiq Xasayev layiq görülüb. Qalibə 1-ci dərəcəli diplom və noutbuk təqdim edilib.

2-ci yeri Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi Kamran Lətifov tutub (2-ci dərəcəli diplom və planşet).

3-cü yerə isə Azərbaycan Dövlət İqtisadUniversitetinin tələbəsi Səidə Mustafazadə çıxıb (3-cü dərəcəli diplom və mobil telefon).

 

eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - twitch viewer bots - Postegro