Azərbaycan universitetlərinin yaradıclıq mərkəzləri Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını səhnələşdirirlər. Xəzər Universitetinin Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən layihədə UNEC Yaradıcılıq Mərkəzi aktiv iştirak edir. Mərkəzin üzvləri – Nicat Tarverdiyev Məcnun, Aslan Əzimzadə isə Məcnunun atası obrazını yaradacaqlar. Bir aydan artıq davam edən məşqlər yekunlaşmaq üzrədir.
Tamaşa 26 dekabr tarixində Xəzər Univeristetinin Mədəniyyət Mərkəzinin səhnəsində təqdim olunacaq.