“Thomson Reuters” beynəlxalq informasiya aqentliyinin Elmi tədqiqatlar və intellektual mülkiyyət departamentinin təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
UNEC rektoru, professor Ədalət Muradovla keçirilən görüşdə elmi kommunikasiya mövzusunda birgə beynəlxalq konfransın keçirilməsi, dünya standartlarına uyğun elmi jurnalın nəşri, elmimetrik mövzuda dərsliyin tərcüməsi və digər məsələlər müzakirə edilib. “Tomson Reuters” tərəfindən UNEC doktorantları üçün təlimlərin təşkili, həmçinin universitetdə elmimetrik bölmənin yaradılması da görüşün əsas müzakirə mövzusu olub.
Sonda beynəlxalq konfransa hazırlıqla bağlı təşkilat komitəsinin yaradılması qərara alınıb.