UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib

20 SENTYABR 2018 | VIEWS:

UNEC-də yeni tədris ilinin ilk Elmi Şurası keçirilib.

UNEC-in rektoru, professor Ədalət Muradov yeni tədris ilinin başlaması münasibətilə şura üzvlərini təbrik edərək, onlara işlərində uğurlar arzulayıb.

Elmi Şurada Tədrisin keyfiyyətinin qiymətləndirilməsi və idarəedilməsi mərkəzinin direktor müavini, dosent Söhrab İsayev 2017/2018-ci tədris ilinin yay imtahan sessiyasının yekunları  barədə hesabatla çıxış edib. S.İsayev imtahan nəticələri ilə bağlı apelyasiya şikayətlərinin nəzərəçarpacaq dərəcədə azaldığını, ümumilikdə isə imtahanların ötən dövrlərlə müqayisədə daha mütəşəkkil təşkil olunduğunu diqqətə çatdırıb. Şurada ilk dəfə olaraq yay semestri ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, yay semestrinin təşkilində institutlaşmaya ehtiyac var.

Tədris və təlim texnologiyaları üzrə prorektor, professor Damət Bağırov UNEC-də, Dərbənd və Zaqatala filiallarında, Maliyyə-İqtisad Kollecində yeni tədris ilinə hazırlıqla bağlı məruzə ilə çıxış edib. Bildirilib ki, yeni tədris ilindən UNEC-in Dərbənd filialında ali təhsil ilə yanaşı, orta ixtisas təhsili üzrə mütəxəssis hazırlığı da həyata keçiriləcək. Beləliklə də UNEC təhsilin hər iki istiqaməti üzrə ölkə xaricində tədris fəaliyyəti göstərən ilk Azərbaycan universiteti olub.

Şurada 2018/2019-cu tədris ili üçün qəbul imtahanlarının nəticələri də açıqlanıb. Yeni tədris ilində UNEC-ə bakalavriat səviyyəsi üzrə qəbul planının  92,1%, yerinə yetirildiyi qeyd edilib. Ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında ciddi irəliləyişin olduğuna diqqət çəkilərək, II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayanların 63 %-nin (I ixtisas qrupu üzrə isə bir nəfər) seçiminin məhz UNEC olduğu bildirilib, bunun isə 2014-cü illə müqayisədə 3,8 dəfə artdığı xüsusi vurğulanıb. Şurada 2018/2019-cu tədris ili üçün Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə (BMDM) qəbulun nəticələri də açıqlanıb. Bildirilib ki, ölkənin ali təhsil müəssisələrinə magistratura pilləsi üzrə qəbul planı 74.87 % yerinə yetirildiyi halda, UNEC-də BMDM-a qəbul planı 91,4%, Magistratura mərkəzinə 84,1 %, UNEC Biznes Mərkəzində isə 97% yerinə yetirilib.

Şura üzvləri UNEC-in Zaqatala filialına daha çox abituriyent cəlb etmək məqsədilə filialda təhsil alan tələbələrin təkrar imtahanlara görə ödənişlərinin həcminin 25%-dən 10%-ə endirilməsi barədə qərar qəbul edib. Rusiya vətəndaşlarının UNEC-in Dərbənd filialında təhsil alması üçün əlçatanlığını artırmaq məqsədilə isə təhsil haqqının 26,000 rubl məbləğində müəyyən edilməsi şurada təsdiq edilib.

Elmi Şurada qeyd olunub ki, UNEC missiyasını layiqli şəkildə yerinə yetirmək və müəyyən etdiyi vizyonunu reallığa çevirmək məqsədilə “UNEC dəyərləri” müəyyən olunub. Akademik azadlıq, akademik etika, layiqlilik, şəffaflıq, mükəmməllik, keyfiyyətlilik, iştirakçılıq, fərqliliklərə hörmət, cəmiyyət mənafeyini düşünmək kimi yüksək mənəvi keyfiyyətləri özündə birləşdirən “UNEC dəyərləri” şura üzvləri tərəfindən yekdilliklə qəbul olunub.

Şurada “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sistemi haqqında qaydalar”a dəyişikliklər də təsdiq edilib. UNEC-in tədqiqat universitetinə çevrilmə istiqamətindəki strateji hədəflərinə uyğun olaraq aparılan dəyişikliklərə əsasən, sistemdə elmi fəaliyyətlərin payı 40%-dən 70%-ə yüksəldilib. “Web of Science” və “Scopus” platformalarına daxil olan nüfuzlu elmi jurnallarda məqalələrin və nüfuzlu beynəlxalq nəşriyyatlarda monoqrafiyaların nəşr edilməsi, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artırılıb və “Scopus” bazasında elmi məruzələrin nəşr edilməsi də nəzərə alınıb.

Daha bir dəyişiklik isə 2018-2019-cu tədris ili üçün “Nüfuzlu elmi nəşrlərdə əsərləri çap olunan UNEC əməkdaşlarının mükafatlandırılması haqqında qaydalar”a edilib. Yeni dəyişikliklərə əsasən, çap edilən əsərlərdə müəlliflərin iş yerlərini göstərmələri ilə bağlı müəyyən edilən qaydalar dəqiqləşdirilib. “Scopus” platformasında yerləşən elmi məruzələrə görə birdəfəlik mükafat nəzərdə tutulub və jurnalların kateqoriyalaşdırılmasında “Web of Science” və “Scopus” platformalarının müəyyən etdiyi “Q1,Q2,Q3,Q4” təsnifatı tətbiq edilib.

<a href=”http://news.unec.edu.az/xeber/125-universitet/4181-unec-yeni-tedris-iline-yuksek-keyfiyyet-gostericileri-ile-start-verib “></a>

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Twitch viewer bot - onwin - Betosfer -

starzbet

- aviator oyna - gizli hesap görme - ton sniper bot - omegle -

Venusbet

-

Loodgieter Den Haag

-

sahabet

- onwin güncel giriş - tiktok takipçi satın al - SOL sniper bot -

onwin

-

onwin

-

gizli hesap görme

- pump fun sniper bot - marsbahis