Radio UNEC növbəti tələbə layihəsi ilə efirdə olacaq. “Vətənin səsi” adlı veriliş gənclərdə vətənpərvərlik ruhunun, vətənə, xalqa məhəbbət hisslərinin aşılanmasına xidmət edəcək. Yanvarın 19-u saat 21:00-da Radio UNEC-də yayımlanacaq ilk verilişin mövzusu 20 yanvar faciəsinə və UNEC-in şəhid tələbələrinə həsr olunacaq. Radio UNEC-in sayca 13-cü tələbə verilişinin aparıcısı SABAH qrupunun 3-cü kurs tələbəsi Günay Qarayevadır.
Radio UNEC-i http://radio.unec.edu.az/ dinləyə bilərsiniz.