Xalqımızın milli sərvəti

12 DEKABR 2023 | VIEWS:

“Azərbaycan” qəzeti

Hər bir xalqın milli azadlıq və müstəqillik əldə etməsinin ən mühüm amillərindən biri güclü liderə malik olmasıdır. Azərbaycanın dövlətçilik tarixinə adını əbədi həkk etmiş Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər intibah, tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrüdür.

Ulu öndərin dövlət və siyasi rəhbərliyinin təntənəsi bu gün dünyada öz dəst-xətti, mövqeyi, imzası ilə tanınan müstəqil Azərbaycan dövlətinin qurulması, möhkəmləndirilməsi, beynəlxalq aləmdə özünə layiq yer tutması və ərazi bütövlüyünün təmin olunmasıdır. Heydər Əliyevin iki siyasi quruluşda Azərbaycana rəhbərlik etməsi tarixdə nadir hadisələrdəndir. Bu dahi şəxsiyyət hər iki dövrdə ölkənin nüfuzunu yüksəklərə qaldırmış, iqtisadiyyatını gücləndirmiş, mənafeyini, milli-mənəvi dəyərlərini qorumuş və inkişaf etdirmişdir. Hakimiyyətinin birinci dövründə Azərbaycanın sosial-iqtisadi və mədəni sahələrində həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində qazanılan nailiyyətlər ölkəmizin dövlət müstəqilliyi dövrü üçün mühüm sosial-iqtisadi baza, təməl rolunu oynamışdır. İstər sovetlər birliyi, istərsə də müstəqil Azərbaycan Respublikası dövründə vətəninə, xalqına sədaqətlə xidmət etmək Heydər Əliyevin həyatının əsas qayəsi olmuşdur.

Ulu Öndərin iqtisadi və sosial sahələrdə apardığı böyük dəyişikliklər, tətbiq olunan islahatlar Azərbaycan xalqının maddi rifah halının keyfiyyətcə yeni mərhələyə çatmasına böyük təkan vermişdir. Heydər Əliyev 1970-1985-ci illərdə Azərbaycanda yaradılmış maddi-texniki bazanı, güclü iqtisadiyyatı müstəqil Azərbaycan Respublikasının gələcək quruculuq işləri üçün təməl, bünövrə hesab edir və yüksək qiymətləndirirdi: “Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha da dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.

Ulu Öndər Azərbaycan Respublikasının Konstitusiyasının yaradılmasında dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsinə də xüsusi əhəmiyyət verirdi. Heydər Əliyev göstərirdi ki, biz demokratik, hüquqi, dünyəvi dövlət qurmaq üçün inkişaf etmiş Qərb ölkələrinin dövlət quruculuğu, demokratik prinsiplərinin bərqərar olması sahəsində əldə etdiyi nailiyyətlərdən istifadə edirik və edəcəyik.

Heydər Əliyev neft müqaviləsinin imzalanmasının Azərbaycan üçün böyük beynəlxalq əhəmiyyətini də bütün çıxışlarında xüsusi vurğulayırdı. Uzaqgörən siyasətçi bununla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq olduğunu, eləcə də Azərbaycanın suveren hüquqlarının bərqərar olduğunu, xalqımızın öz təbii sərvətlərinə sahib olduğunu dünyaya göstərirdi. “Əsrin müqaviləsi” müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitliyi dünyaya bir daha nümayiş etdirdi. Müqavilə imzalanandan sonra Heydər Əliyev böyük iftixarla bildirirdi: “Mən bu müqavilənin hazırlanmasında, imzalanmasında iştirak etdiyimə görə özümü çox xoşbəxt hesab edirəm. Üzərimə götürdüyüm məsuliyyəti dərk edirəm və ümidvaram ki, gələcək nəsillər bu gün burada baş verən tarixi hadisəni layiqincə qiymətləndirəcəklər”.

Dahi rəhbərin güclü intellekti, potensialı, proseslərə çevik və konseptual yanaşması, vətəninə, xalqına sonsuz məhəbbəti, qayğısı sayəsində xalqımız və ölkəmiz XX yüzilliyin ikinci yarısından bu günümüzə qədər uğurlu inkişaf dövrünü yaşamaqdadır. Ulu Öndərin bilavasitə iştirakı ilə hazırlanan kompleks inkişaf proqramları Azərbaycanda bütün sahələr üzrə müsbət dəyişikliklərin uzunmüddətli inkişaf perspektivlərini təmin etmişdir.

Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılmış fundamental əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycanın beynəlxalq aləmdə qalib dövlət, etibarlı tərəfdaş, təhlükəsiz dünya məkanı, böyük layihələrin təşəbbüskarı və iştirakçısı, güclü iqtisadi potensiala, həmrəy cəmiyyətə, artmaqda olan beynəlxalq nüfuza sahib bir dövlət olaraq özünü təsdiq etməsi məhz Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyasının möhtəşəm təcəssümüdür. Bu gün Azərbaycan sürətlə yeniləşən dünyanın aparıcı dövlətləri sırasında özünün layiqli yerini tutur.

Dövlətin inkişafını, tərəqqisini, elm, təhsil və tədqiqatda görən Ulu Öndər Heydər Əliyev 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetindəki çıxışı ilə alimlər qarşısında mühüm vəzifələr qoymuşdur: “Dünya təcrübəsini siz, bizim mütəxəssislər, alimlər, bu sahənin müvafiq işçiləri toplamalısınız. Nəzəriyyəni – yeni nəzəriyyə icad etməyə ehtiyac yoxdur – ümumiləşdirmək, bizim iqtisadiyyatımıza uyğunlaşdırmaq sizin vəzifənizdir… İqtisadçılar gərək apardığımız islahatların hər birinin həm həyata keçirilmə prosesini, həm də nəticələrini təhlil etsinlər”. Bu dahi insanın tövsiyələrini əsas tutaraq, Azərbaycan Dövlət İqtisad Universitetində ölkənin iqtisadi inkişafına və dayanıqlılığına töhfə vermək məqsədilə müxtəlif istiqamətlər üzrə 30-dan çox tədqiqat mərkəzi yaradılmışdır. Bu elmi-tədqiqat mərkəzlərində ölkəmizin sosial-iqtisadi inkişafının mövcud durumunun qiymətləndirilməsi, eləcə də perspektiv inkişaf istiqamətlərinə dair ciddi, nəticəyönümlü araşdırmalar aparılır. UNEC hər il dünyanın müxtəlif ölkələrinin alimlərini, tədqiqatçılarını bir platformada toplayaraq, qlobal çağırışlara və aktual mövzulara həsr olunan, ciddi müzakirələrin aparıldığı beynəlxalq konfranslara evsahibliyi edir. Bu konfransların materialları beynəlxalq bazalarda indekslənən jurnallarda dərc olunaraq, beynəlxalq elmi ictimaiyyətə çatdırılır.

Heydər Əliyevin fəaliyyəti nəticəsində respublikada həyatın elə bir sahəsi olmamışdır ki, orada inkişaf, tərəqqi müşahidə olunmasın. Ölkənin hərtərəfli, davamlı və dayanıqlı inkişafını təmin etmək və bu istiqamətdə uzunmmüddətli yol xəritəsi qurmaq fitri istedadın da fövqündədir. Fenomenal siyasi və dövlət xadimi kimi tarixə adını yazmış Heydər Əliyevin dövlətçilik fəaliyyətinin elmi əsaslarla öyrənilməsi, Azərbaycan xalqının milli sərvəti, tükənməz xəzinəsi olan siyasi irsinin araşdırılması son dərəcə mühüm siyasi və tarixi əhəmiyyətə malikdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev İli”nin elan olunması ilə ölkədə bütün sahələr üzrə qarşıya mühüm vəzifələr qoyuldu və Ulu Öndərin irsinin öyrənilməsi istiqamətində genişmiqyaslı araşdırmaların aparlıması üçün böyük imkanlar yarandı. Elm və təhsil müəssisələrində, o cümlədən UNEC-də Heydər Əliyev irsinin daha geniş təbliğinə və araşdırılmasına başlanıldı. UNEC-də yaradılmış Heydər Əliyev İqtisadi İrsinin Öyrənilməsi Mərkəzində müvafiq strukturlar tərəfindən 100-ə yaxın mövzu üzrə “Heydər Əliyev 100” müzakirələrinin, lektoriyaların keçirilməsinə başlanıldı. Ulu Öndərin zəngin fəaliyyəti, inkişaf konsepsiyası gənc nəslin nümayəndələrinin də iştirak etdiyi müzakirələrdə müxtəlif istiqamətlər üzrə tədqiq olundu. Heydər Əliyevin iqtisad irsinin öyrənilməsi prosesinə xaricdə yaşayan tədqiqatçı alimlər də cəlb olundu.

UNEC-də “Heydər Əliyev İli” çərçivəsində təsdiqlənmiş tədbirlər planında Ulu Öndərin irsinin araşdırılması əsas hədəflərdən biri kimi müəyyən olunmuşdur. Bu məqsədlə UNEC-in ənənəvi olaraq hər il keçirdiyi V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı çərçivəsində UNEC alimləri xarici tədqiqatçılarla birgə “Bir əsrin iqtisadi portreti” adlı kitabı ərsəyə gətirdilər. Kitabda Heydər Əliyevin apardığı iqtisadi siyasət, enerji strategiyası, iqtisadi inkişaf, sosial müdafiə sistemi, qeyri-neft sektoru, dövlət müstəqilliyinin dönməzliyi, eləcə də Azərbaycan-Türkiyə münasibətlərinin qurulması yerli və xarici tədqiqatçılar tərəfindən geniş araşdırılaraq, beynəlxalq konfrans çərçivəsində, eləcə də beynəlxalq kitab sərgisində geniş oxucu auditoriyasına təqdim olundu. Bu tədqiqatlar gələcək nəsillər üçün Heydər Əliyev irsinin yenidən araşdırılmasında mühüm mənbə olacaqdır.

Heydər Əliyev müstəqilliyin qorunub saxlanılması və möhkəmləndirilməsində, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsində beynəlxalq təşkilatların rolundan istifadə etməyə xüsusi əhəmiyyət verirdi və Azərbaycan qısa müddətdə demək olar ki, bütün beynəlxalq təşkilatlara üzv oldu. 1991-ci ilin fevralında Azərbaycan SSR Ali Sovetinin sessiyasındakı çıxışında Heydər Əliyev erməni millətçilərinin Dağlıq Qarabağı Azərbaycandan qoparmaq cəhdini geniş miqyasda, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması məsələsi kimi qoyulmasını irəli sürürdü: “…Təklif edirəm ki, bir Dağlıq Qarabağ məsələsi yox, 1920-ci ildən indiyədək Azərbaycan ərazisindən Ermənistana verilmiş torpaqların hamısının haqq-hesabı aparılsın. Hansı dövrdə, hansı sərhəd sahəsində, hansı torpaqlar verilib? …Biz Ermənistana qarşı artıq müdafiə mövqeyində yox, hücum mövqeyində duraq. İndi biz mübarizəyə keçməliyik və mən də bu mübarizəyə hazıram”.

Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli Ulu Öndərin qarşıya qoyduğu başlıca vəzifə olmuş, ölkəmizin bütün resursları, xalqımızın potensialı tarixi ədalətin bərpası üçün səfərbər edilmişdir. İşğal olunmuş torpaqlarımızın geri qaytarılması məsələsində uzaqgörən Heydər Əliyev həmişə nikbin idi və bunu xalqın gələcək proqramı kimi qarşıya qoyurdu: “Mən belə hesab edirəm ki, əldən gedən torpaqlar nə vaxtsa qaytarılmalıdır. Azərbaycanın tarixi torpaqları qaytarılmalıdır. Xalqımız da bilməlidir ki, bizim tarixi torpaqlarımız hansılar olubdur, hansılar nə vaxtsa əlimizdən gedibdir, nəyə görə əlimizdən gedibdir və şübhəsiz ki, bunlar qaytarılmalıdır. Biz də qaytara bilməsək, gələcək nəsillər qaytaracaqdır”.

Heydər Əliyevin Qarabağ məsələsindəki mövqeyi, həyata keçirdiyi prinsipial və uzaqgörən addımlar, torpaqlarımızın geri qaytarılacağı barədə etdiyi çağırışları dünya dövlətləri üçün də zəngin təcrübə məktəbidir. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılmasında və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin vətənpərvər gəncləri Ümummilli Liderin tövsiyələrinə sadiqlik nümayiş etdirərək, öz ərazi bütövlüyünü tamamilə bərpa etməyə qadir olduğunu 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərlə, eyni zamanda 24 saatdan az vaxtda apardığı antiterror əməliyyatı ilə sübuta yetirdi.

Milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Onun dövlət quruculuğu ilə bağlı konseptual müddəaları, fəlsəfi fikirləri, liberal maarifçilik ideyaları, bəşəri dəyərlər xəzinəmizə böyük töhfədir.

Heydər Əliyev irsi çox zəngindir və bugünkü milli dövlətimizin iqtisadi və ideoloji əsasını təşkil edir. Ulu Öndərin həyatının bütün səhifələri xalqımız üçün qürur mənbəyidir. Bu dahi şəxsiyyət xalqı üçün dərin düşünülmüş, uzunmüddətli gələcəyə hədəflənmiş böyük bir inkişaf konsepsiyası miras qoyub getdi. Biz bu mirası dəyərləndirməliyik, nəsildən-nəslə ötürməliyik. Ulu Öndər hər zaman öz xalqını dövlətinə, milli dəyərlərinə sahib çıxmağa səsləyirdi: “Keçdiyimiz yola nəzər salsaq, görərik ki, biz nadir irsin varisləriyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq, böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin məsuliyyət hissi ilə yanaşmalıdır.”

Ömrünü xalqına həsr etmiş Ulu Öndərin həyatının qayəsi Azərbaycanı daim irəli aparmaq olmuşdur. Milli sərvətimiz sayılan Heydər Əliyev irsi nəsillərdən-nəsillərə ötürülərək öyrəniləcək, tədqiq ediləcək, yeni hədəflərə və zəfərlərə vəsilə olacaqdır.

Ədalət MURADOV, 
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor

https://news.unec.edu.az/xeber/125-universitet/10994-xalgimizin-milli-serveti

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - twitch viewer bots - Postegro