“Xalqımızın qəhrəmanlıq salnaməsi”

UNEC-in Zaqatala filialında Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə “Xalqımızın qəhrəmanlıq salnaməsi” mövzusunda tədbir keçirilib.

Zaqatala filialının direktoru, professor Orucəli Rzayev bildirib ki, 1941-1945 ci il bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalıb. SSRİ dövründə yaşamış insanların zehnində isə bu məqam xüsusilə özünə məxsus bir yer tutur. Böyük vətən müharəbəsi illərində xalqımız, həm ön, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və şücaət nümunələri ortaya qoyublar. Respubilikada çox az müddət ərzind 87 qırıcı batalyon, 1124 özünü müdafiə dəstəsi yaradılıb. Müharibə illərində Azərbaycanın 600 mindən çox igid oğul və qızı cəbhəyə yollanıb. Azrbaycan divizyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. Həmvətənlərimizdən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şöhrət ordeninin hər 3 dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif medalları və ordenleri ilə təltif olunub. İki   dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet ittifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Gəray Əsədov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlıqları ilə dünya tarixinə qızıl hərflərlə yeni səhifələr yazıblar.

*

*

Qısa müddətdə Bakı döyüşən ordu üçün silah-sursat cəhbəxanasına çevrilib. Böyük çətinliklərə baxmayaraq nefçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərib, cəbhəni və sənayəni yanacaqla təmin ediblər. Bütövlükdə müharibə illərində Azərbaycan nefçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Təkcə onu demək kifayətdir ki, hər 5 təyyarədən 4-ü, hər 5 tankdan 4-ü, hər 5 avtomabildən 4-ü Bakıdan göndərilən yanacaqla  işləyirdi.

Sonra “Ümumi fənlər” kafedrasının müəllimi Müslüm Əliyev “9 may qələbə günü” mövsusunda çıxış etdi.

Sonda tələbələrin ifasında ədəbi-bədii kompozisya və videoçarx nümayiş etdirilib.

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna