Xarici dil üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi mərkəzi
Mərkəz haqqında
Xarici dillər departamentinin yaradılması haqqında UNEC-in Elmi Şurasının 14.07.2023-cü il tarixli EŞ 188 -li qərarının icrasını təmin etmək məqsədilə 06.09.2023-cü il tarixdən “Xarici dillər” kafedrası ləğv edilərək onun bazasında müstəqil struktur bölmə kimi “Xarici dillər departamenti” və onun nəzdində “Xarici dil üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi mərkəzi” yaradılmışdır. Mərkəzdə bir koordinator və bir icraçı assistent fəaliyyət göstərir. Mərkəz UNEC-in 1 saylı tədris binasında ( İçərişəhər) 123-cü otaqda yerləşir.
Mərkəzin fəaliyyət istiqamətləri
“Xarici dil üzrə təhsilalanların biliyinin qiymətləndirilməsi mərkəzi” aşağıdakı istiqmətlərdə iş aparır:
- A1 ; A2 ; B1 ; B1+ ; B2 səviyyələri üzrə XDIAK- 1,2,3,4 fənnindən tələbələrin 4 bacarığa əsasən (yazı,oxu,dinləmə və danışıq) biliklərini qiymətləndirmənin təşkili;
- Dörd bacarığa uyğun olaraq test və şifahi imtahanları hazırlayır və UNEC İmtahan Mərkəzinə təqdim edir;
- Tədris ili ərzində tədrisdə keyfiyyətin artırılması üçün mütəmadi olaraq dərslərin monitorinqini təşkil edir və qarşıya çıxan problemlərin aradan qaldırılması istiqamətində uyğun tədbirləri həyata keçirir;
- İmtahan nəticələrini analiz edərək yaranmış mübahisəli məsələlərin həlli istiqamətində müvafiq tədbirlər planı hazırlayır və onu həyata keçirir;
- UNEC-də “Placement Test”lərin təşkili; Ölkə üzrə ödənişli “Placement Test”lərin təşkili;
- UNEC-də British Council (bundan sonra BC) tərəfindən keçirilən IELTS və APTIS (və ya digər) imtahanlarının təşkili ;
- UNEC-in digər struktur bölmələri ilə əməkdaşlığın qurulması və əməkdaşların xarici dil biliyinin səviyyələrinin ölçülməsi;
- Təhsilalanlar arasında dərslərin təşkilinin keyfiyyətini ölçmək və inkişaf etdirmək məqsədilə mütəmadi olaraq sorğuların aparılması;
- Xarici dillər departamentində çalışan əməkdaşların dil biliyinin ölçülməsi;
*
*
Mərkəzin vəzifələri
- Mərkəzin fəaliyyət proqramının hazırlanması və hər akademik ilin əvvəli “Xarici Dillər Departamenti”nə təqdim edilməsi;
- “Placement Test”-lərinin suallarının hazırlanması və ya satın alınması və onların konfidensial saxlanılması;
- Xarici dil tədris mərkəzinin təqdim etdiyi sillabuslar üzrə sualların hazırlanması;
- Dərslərin keyfiyyət monitorinqini aparmaq üçün xüsusi tədris blankların hazırlanması və təsdiq edilməsi üçün “Xarici Dillər Departamenti” nə təqdim edilməsi;
- Dərslərin keyfiyyətini ölçmək və təhsilalanlarda motivasiyanın artırılması məqsədilə sorğuların hazırlanması və təsdiq edilməsi üçün “Xarici Dillər Departamenti” nə təqdim edilməsi;
- Xüsusi diqqət və qayğıya ehtiyacı olan tələbələrə uyğun şəkildə imtahanların təşkil olunmasını təmin etmək;
Mərkəzin hüquqları
- Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq təkliflər, proqramlar, planlar, tədbirlər hazırlamaq və həyata keçirmək üçün “Xarici Dillər Departamenti”nə təklifləri təqdim etmək;
- Yeni gələn müəllimlərin, habelə saathesabı müəlimlərin nümunə dərslərinin qiymətləndirilməsi;
- Müvafiq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyatı qurumları ilə əməkdaşlıq etmək, fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübələri öyrənməklə bağlı təkliflər hazırlamaq və “Xarici Dillər Departamenti”nə təqdim etmək;
- Xarici qrant layihələrdə, Eramus+ layihələrində iştirak etmək və mərkəzin inkişafı ilə bağlı xarici layihələrə təklif təqdim etmək;
Mərkəzin əməkdaşları
Koordinator: b/m Sənubər Səfiyeva Etibar
İcraçı assistent: Bağırzadə Aysel Əyyub