10 sentyabr 1939-cu ildə Azərbaycanın Goranboy rayonundakı Agamalıoğlu kəndində anadan olub.
1996-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim işləyir.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin dosentidir.
*
1988-2001-ci illərdə müxtəlif mövzularda keçirilmiş konfranslarda iştirak etmişdir: “Azərbaycanda bazar münasibətlərinə keçid şəraitinə sosial islahatlar” – respublika elmi-praktiki konfransda; “Sosial-iqtisadi inkişaf və demoqrafik proseslər” – respublika elmi-praktiki konfransında iştirak etmiş və tezislərlə çıxış etmişdir.
40 elmi-metodik əsərin müəllifidir: 4 kitabdan ibarət normativ məcmuə – 1981, 3 ədəd tövsiyyə-broşura – 1982, 1 ədəd normativ sənədlər tolusu – 1993, 1 ədəd Beynəlxalq Əmək Təşkilatının Konvensiya və tövsiyyələri (müəllif) – 1996, 14 ədəd proqram “Aqrar istehsalın iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə hazırlanıb çap olunmuşdur, 23 ədəd məqalə aqrar-sənaye kompleksinin iqtisadiyyatının müxtəlif problemlərinə həsr edilmişdir.