Azərbayan Dövlət İqtisad Universiteti
Marketinq və Kommunikasiya Departamenti

YARADICILIQ MƏRKƏZİ

haqqında

Ə S A S N A M Ə

2811 2
  1. ÜMUMİ MÜDDƏALAR

1.1.Azərbaycan Dövlət İqtisad Universitetinin (bundan sonra – universitet) struktur vahidi olan Marketinq və Kommunikasiya Departamentinin (bundan sonra – departament) nəznində fəaliyyət göstərən Yaradıcılıq mərkəzi (bundan sonra – mərkəz) bu Əsasnamə ilə verilən səlahiyyətlər çərçivəsində tələbələrinin asudə vaxtlarının səmərəli formada təşkili, habelə ali təhsil müəssisəsinin daxili və xarici tədbirlərinin bədii hissəsinin təşkilini həyata keçirir.

1.1. Mərkəz departamentin tabeçiliyində olan struktur bölmədir.

1.2. Mərkəz universitet rektorunun əmri ilə yaradıla və ləğv edilə bilər.

1.3. Mərkəzin strukturunu və ştat vahidinin sayını rektor müəyyən edir.

1.4. Mərkəzin  əsas  vəzifəsi  universitetdə təhsil alan tələbələrin asudə vaxtlarının səmərəli təşkil etməkdir.

1.5. Mərkəz departamentə tabedir.

1.6. Mərkəzin əməkdaşları rektorun əmri ilə təyin edilir və ya işdən azad edilir.

1.7. Mərkəzin tərkibində 6 dərnək fəaliyyət göstərir:

  • Rəqs dərnəyi
  • Rəsm dərnəyi
  • Teatr dərnəyi
  • Vokal dərnəyi
  • İnstrumental ifaçılıq dərnəyi
  • Tarix dərnəyi
  • Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş

digər dərnəkləri yaratmaq.

 

  1. MƏRKƏZİN FUNKSİYALARI

2.1. Bütün kurslar üzrə istedadlı və həvəsli tələbələri müvafiq dərnəklərə cəlb etmək;

2.2. Müvafiq vaxtlarda mütəmadi şəkildə gənclərin məşqlərini təşkil etmək;

2.3. Universitetin daxili tədbirlərinin bədii hissələrini təşkil etmək;

2.4.Universitet xarici mədəni yarışlarda, bədii tədbirlərdə ali təhsil müəssisəsinin adından təmsil etmək;

  1. MƏRKƏZİN VƏZİFƏLƏRİ

 

3.1. Hər bir universitet tələbəsini dərnəklərin fəaliyyəti barədə məlumatlandırmaq;

3.2. Tələbələri dərnəklərə cəlb edərək əlavə bacarıqlar qazandırmaq;

3.3. Ədəbi-bədii yaradıcılıq tədbirlərini təşkil etmək;

3.4. Tələbələrin iştirakı ilə bədii əsərləri səhnələşdirmək;

3.5. Universitet tələbələrindən ibarət rəqs ansamblı yaratmaq və təkmilləşdirmək;

3.6. Universitet tələbələrindən ibarət həvəskar musiqi ansamblı yaratmaq və peşəkar səviyyəyə qədər təkmilləşdirmək;

3.7. Universitet tələbələrindən ibarət rəssam qrupu yaratmaq və təkmilləşdirmək;

3.8. Universitet tələbələrindən ibarət aparıcı və müğənni qrupu yaratmaq və təkmilləşdirmək;

3.9. Dərnəyə üzv tələbələrin stimullaşdırılması üçün təkliflər hazırlamaq;

3.10. Dərnəyə üzv tələbələrin əl işlərindən ibarət sərgilər təşkil etmək;

3.11. Dərnəyə üzv tələbələrin iştirakı ilə konsert və bədii proqramları təşkil etmək;

3.12. Dərnəyə üzv tələbələrin iştirakı ilə əl işlərindən ibarət sərgilər təşkil etmək;

3.13.Tələbələrin mütəmadi məşqini təşkil etmək üçün qrafik üzrə akt zallarını təmin etmək;

3.16. Mərkəzin fəaliyyət planı ilə bağlı hesabatları dövrlər üzrə hazırlayaraq rektora təqdim etmək;

3.17. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş

digər vəzifələri yerinə yetirmək.

  1. MƏRKƏZİN HÜQUQLARI

Mərkəz aşağıdakı hüquqlara malikdir:

4.1. Yaradıcılıq mərkəzi nəznində fəaliyyət göstərən dərnəklər üzrə işin təşkilinə birbaşa cavabdehdir.

4.2. İdarəetməYaracılıq mərkəzinin direktoruna həvalə olunur.

4.3. Bədii rəhbər mərkəzin direktoruna tabedir.

4.4. Bədii rəhbər dərnəklər üzrə məşq səviyyəsini yoxlayır, çatışmazlıqlar barədə mərkəz direktoruna məruzə edir.

4.5. Hər bir dərnək üzrə ayrıca rəhbər təyin olunur. Dərnəyin rəhbəri mərkəz direktoruna və bədii rəhbərə tabedir.

4.6. Dərnək rəhbərinin məruzəsi əsasında, intizamsızlıq və qaydalara əməl etməyən tələbə mərkəz direktoru tərəfindən dərnəkdən uzaqlaşdırıla bilər.

4.7. Dərnəklərdə mövcud avadanlıqlar və alətlər üzrə maddi-məsul şəxs mərkəz direktorudur.

4.8. Dərnəklərin məşqləri zamanı akt zallarından səliqəli şəkildə istifadə olunmalıdır.

4.9. Mərkəz universitetin fəaliyyət istiqamətləri üzrə və ictimaiyyət üçün maraqlı ola biləcək tədbirlərin keçirilməsi ilə bağlı təkliflər verməlidir.

4.10. Mərkəz işin peşəkar formada təşkili üçün digər ali təhsil müəssisələri ilə təcrübə mübadiləsi aparmalıdır.

4.11. Fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin təcrübəsini öyrənmək və bu

sahədə fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamalıdır.

4.12. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş

digər hüquqları həyata keçirmək.