Ali təhsilin son pilləsi Yekun Dövlət Attestasiyasıdır (YDA). Yekun Dövlət Attestasiyası Dövlət imtahanı və ya Buraxılış işinin hazırlanması və müdafiəsi formasında həyata keçirilir. Bəzi ixtisaslar istisna olmaqla tələbənin ÜOMG-si 71 və yuxarı olduğu halda, ona YDA formasının seçim hüququ verilir. Bütün digər hallarda YDA Dövlət İmtahanı formasında həyata keçirilir.
YDA-ya görə tələbənin toplaya biləcəyi balların maksimum miqdarı 100-ə bərabərdir.
Buraxılış işinin hazırlanması və tərtibinə görə 50, Dövlət Attestasiya Komissiyası qarşısında müdaiəsinə görə 50 bal verilir.