idman_vahid11Yolçuyev Vahid Oruc oğlu

1958-ci il avqustun 15-də Gürcüstanın Borçalı mahalının Kəpənəkçi kəndində anadan olub.

1965-1975-ci illərdə həmin kəndin orta məktəbini
fərqlənmə diplomu ilə bitirib.

1977-1981-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun İdman fakültəsini voleybol ixtisası üzrə
fərqlənmə diplomu ilə bitirib.

1981-1983-cü illərdə hərbi xidmətdə olub.

1988-1989-cu illərdə Bakı Sovet Ticarət texnikumunda idman müəllimi kimi
fəaliyyətə başlayıb. 1990-2018 -ci ilə kimi UNEC-də idman müəllimi çalışıb.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən birinci dərəcəli məşqçi-müəllim kateqoriyasına layiq görülüb. Birinci dərəcəli hakimlik kateqoriyasına malikdir.  İdman ustalığına namizəd dərəcəsi alıb.