20 noyabr 1966-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur.
1984-cü ildə Azərbaycan Texnologiya İnstitutunun Yüngül sənaye mallarının texnologiyası fakültəsinə qəbul olunmuş, 1989-cu ildə həmin institutu bitirmişdir.
1989-cu ildə Gəncə Elm Mərkəzində kiçik elmi işçi vəzifəsində çalışmış, 14 yanvar 1991-ci ildən Azərbaycan Texnologiya İnstitutunun “Tikiş məmulatlarının texnologiyası və konstruksiyası” kafedrasında baş laborant vəzifəsinə qəbul edilmişdir.
1992-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri ərzaq mallarının əmtəəşünaslığı” kafedrasına baş laborant vəzifəsinə işə qəbul edilmişdir.
*
2008-ci ildən Azərbaycan Dövlət iqtisad Universitetinin “Qeyri ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası” kafedrasında müəllim vəzifəsində çalışır.
25.04.2007-ci il tarixdən “Resursların qənaət texnologiyası əsasında formalı kitellərin istehsalının təşkilinin təkmilləşdirilməsi” mövzusu üzrə Azərbaycan Texnologiya İnstitutunun dissertantıdır.
7 metodik göstərişin, 2 tipik proqramın, 12 tezisin və 4 məqalənini müəllifidir.
Ailəlidir, iki övladı var.