Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qarşısında duran beynəlxalq səviyyədəki vəzifələrin həllində və yeni beynəlxalq əlaqələrin qurulmasında əsas və təşəbbüskar rolu Beynəlxalq əməkdaşlıq departamenti oynayır. Beynəlxalq əlaqələr departamenti (indiki Beynəlxalq əməkdaşlıq departamenti) 01 noyabr 2014-cü ildə universitetin Beynəlxalq əlaqələr şöbəsi əsasında yaradılmışdır.

Tarix. Beynəlxalq əlaqələr şöbəsi (indiki Beynəlxalq əməkdaşlıq departamenti) 2000-ci ildən fəaliyyət göstərir. 2004-cü ilin noyabr ayından xarici ölkə universitetləri ilə ikitərəfli münasibətlərin qurulması və ümumiyyətlə beynəlxalq standartlara uyğunlaşmada aparılan işlərin səmərəli təşkilində müasir informasiya texnologiyalarının müstəsna rolunu nəzərə alaraq şöbə “Beynəlxalq əlaqələr və informasiya texnologiyaları” şöbəsi adlandırıldı. Şöbə tərəfindən Universitetin nüfuzunun artırılması, Avropa və dünya təhsil standartlarına uyğunlaşması istiqamətində mühüm işlər görülmüş, dünya standartlarına uyğun olaraq universitetin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlar, fondlar, kommersiya təşkilatları, dövlət qurumları, təhsil mərkəzləri və xarici universitetlərlə əlaqələri genişlənmiş, yeni layihə və tədbirlər hazırlamış və görüşlər həyata keçirilmişdir. Şöbə tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetini beynəlxalq aləmdə tanıtmaq və nüfuzunu artırmaq istiqamətində görülmüş işlərin nəticəsi olaraq 2006-cı ildə Beynəlxalq Reytinq Texnologiyaları Akademiyası (Ukrayna, Kiyev) UNEC-in “Qızıl Fortuna” 21-ci əsrin keyfiyyət nişanı (stella) ilə təltif etmişdir. Bu mükafat Azərbaycan Dövlət İqtisad Universitetini Avropanın qabaqcıl universitetləri sırasına daxil etmişdir. İqtisad Universitetinin innovasiya strategiyası əsasında Boloniya Prosesinə fəal qoşulmuş, 2005-2008-ci illər ərzində Avropa Universitetlər Assosiasiyasına (EUA), Universitetlərin Beynəlxalq Assosiasiyasına (IAU), İslam Dünyasının Universitetləri Federasiyasına (FUIW), Avrasiya Universitetlər Assosiasiyasına (EAU), Qara Dəniz Ölkələri Universitetləri Assosiasiyasına üzv qəbul olunmuşdur.

Label 1

Label 2

Beynəlxalq əməkdaşlıq şöbəsinin fəaliyyəti çərçivəsində beynəlxalq proqram və layihələrdə iştirak mühüm yer tutmuşdur. Tərəfdaşı olduğu beynəlxalq proqramların ən uğurlusu kimi TEMPUS proqramını qeyd etmək olar. Belə ki, 2013-cü ildə UNEC-in “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” mövzusunda TEMPUS Layihəsi Avropa Komissiyası tərəfindən qalib elan olunmuşdur və Layihənin icrası üçün 654.000 Avro məbləğində qrant ayrılmışdır. Bununla da, İqtisad Universiteti ilk dəfə olaraq TEMPUS proqramının qalibi olmuşdur.

IMG_210320160311_120831 (1)IMG_2108

COORDINATORS:

COORDINATORS:

Overview of the project

Xarici universitet tələbələrinin UNEC-ə cəlb olunması, əməkdaşlıq haqqında müqavilələrin hazırlanması, xarici universitet kurslarının təşkil olunması, distant və “online” təhsil sisteminin tətbiq olunması, təhsilin müasir vasitə və metodları haqqında proqramların hazırlanması Beynəlxalq əməkdaşlıq departamentinin əsas fəaliyyət istiqamətlərini təşkil edir.

Departament çalışdığı sahə üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin qurumları, nazirliklər, biznes strukturları, beynəlxalq təşkilatların xaricdə və Azərbaycanda yerləşən nümayəndəlikləri  və xarici dövlətlərin səfirlikləri ilə, habelə xarici vətəndaşların pasport-viza qeydiyyatını təşkil etmək məqsədi ilə XİN və DİN ilə qarşılıqlı surətdə iş aparır.

Azərbaycan Respublikasının qanunverici və icraedici orqanlarının sənədləri əsasında beynəlxalq əlaqələrin həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq, UNEC-in respublikanın beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyət göstərən dövlət və qeyri-dövlət strukturları ilə qarşılıqlı əlaqələrini təmin etmək, UNEC-in struktur bölmələri və Beynəlxalq əməkdaşlıq departamentinin beynəlxalq əməkdaşlıq çərçivəsində yerinə yetirdiyi layihələri və proqramları əlaqələndirmək, Universitetin beynəlxalq təşkilatlara və cəmiyyətlərə üzv qəbul olunması üçün təkliflər hazırlamaq Beynəlxalq əməkdaşlıq departamentinin iş prinsiplərini təşkil edir.

Partners of the project