UNEC Kitabxana İnformasiya Mərkəzinin Oxu Zalı

UNEC Kitabxana İnformasiya Mərkəzinin Oxu zalı 1966-cı ildən fəalyyət göstərir. Oxu zalı UNEC-in əsas binasında 3-cü mərtəbədə yerləşir.

İş rejimi: UNEC-in əsas binasında yerləşən 1 saylı Oxu zalı həftə içi hər gün saat səhər 09:00-dan axşam saat 22:00- a dək fasiləsiz olaraq fəaliyyət göstərir.

Qeyri-iş günlərində 1 saylı Oxu zalı fəaliyyət göstərmir.

*

Kitab fondu: Oxu zalının  bu günə 6061 nüsxə kitab fondu vardır. Bunlardan:

  • 5284 nüsxə Azərbaycan;
  • 690 nüsxə rus;
  • 87 nüsxəsi xarici ədəbiyyatdır.

Zalda oxucular kompyuter və internet xidmətlərindən limitsiz olaraq istifadə edə bilər.

Dövri mətbuat: Oxu zalında istifadəçilərə dövri mətbuatla- 18 adda jurnal (yerli və xarici), 16 adda qəzetlə (yerli və xarici) xidmət göstərilir.