ask_qalib_foto

i.e.n., dos. Hacıyev Qalib Bəhram oğlu

24.05.1976-cı ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Qaçağan kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənddəki məktəbdə almışdır.

1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun Uçot-iqtisad fakül­təsində mühasibat uçotu və audit ixtisası üzrə bakalavr və 1998-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin həmin ixtisas üzrə magistr ali təhsil mərhələsində təhsil almışdır.

2000-ci ildən 2011-ci ilədək AzETKTİ və Tİ-da baş iqtisadçı, böyük elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində işləmişdir.

2001-ci ildə AzETKTİ və Tİ-nun elmi şurasının qərarı nəticəsində dissertant olub və 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə edib.

2013-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın qərarına əsasən ona dosent elmi adı verilib. 2011-ci ildən AzETKTİ və Tİ-nun doktorantıdır.

2011-ci ildən İqtisad Universitetinin «Aqrar-sənaye müəssisələrinin iqtisadiyyatı və idarə edil­məsi» kafedrasında müəllim və baş müəllim vəzifəsində çalışıb, hazırda həmin kafed­rada dosent vəzifəsində işləyir.

*

43 əsəri elmi-nəzəri jurnallarda, elmi toplu­larda, konfransların materiallarında dərc edilib. Eyni zamanda o, opponent kimi aspirant və dissertantların yetişdirilməsində fəal iştirak etmişdir. Gürcüstanın Tbilisi şəhərində «Aqrar iqtisadiyyat elmi və texnologiyaları» adlı beynəlxalq elmi – praktik jurnalın redaksiya heyətinin üzvüdür.

2006-2010-cu illərdə Az.ETKTİ və Tİ – da elmlər namizədi alimlik dərəcəsi almaq üçün təqdim olunan dissertasiya müdafiəsini keçirən № 04.113 Dissertasiya Şurası nəzdnində daima fəaliyyət göstərən elmi seminarın üzvü olub.

2016-cı ili dekabrında səmərəli elmi-pedaqoji və əmək fəaliyyətlərini nəzərə alaraq UNEC-in “Fəxri Fərmanı” ilə təltif edilmişdir.

kollektiv_5643asimanСнимок 2016-06-23_113348

UNEC müəllimləri mükafatlandırldı (30.11.2016)
UNEC müəllimlərinin məqaləsi ABŞ-nın Stenford Universitetinin jurnalında (22.06.2016)