biz_azeri.e.n., b/m. Ağarzayev Azər Hüseyn oğlu

29 iyun 1966-cı ildə Naxçıvan MR-nın Şərur rayonunun Mahmud kəndində anadan olmuşdur.

1991-ci ildə Azərbaycan Politexnik İnstitutunun Avtonəqliyyat fakültəsini bitirmişdir.

2001-ci ilə qədər Azərbaycan Dövlət Əmlak Komitəsində işləmişdir.

2006-cı ildə “Sənaye müəssisələrinin özəlləşdirilməsi və inkişafının iqtisadi problemləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin İnzibatçılığı” kafedrasında baş müəllim vəzifəsində çalışıb. Hazırda UNEC-in “Biznesin idarəedilməsi” kafedrasının baş müəllimidir.

17 elmi əsərin müəllifidir.

Evlidir, üç övladı var.