cog_teymur_fotoi.e.n., dos. Süleymanov Teymur Qəzənfər oğlu

1955-ci il avqustun 25-də Azərbaycan Respublikasının Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur.

1962-1972-ci illərdə orta  məktəbdə;
1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti)  geoloji-coğrafiya fakultəsində ali təhsil almışdır.
1977-1978-ci illərdə 16 saylı müəssisədə mühəndis-kartoqraf;
1978-1988-ci illərdə ASE Baş redaksiyasında elmi redaktor vəzifələrində çalışmışdır.

 

 

1988-1994-cü illərdə İqtisadi İnkişaf  Nazirliyi nəzdindəki ETİİ-də baş elmi işçi vəzifəsini icra etmişdir. Bu dövr ərzində Gəncə şəhəri, Naxçıvan MR, Dağlıq Qarabağın sosial-iqtisadi inkişafına dair proqramların hazırlanmasında  bilavasitə iştirak etmişdir,  bir mütəxəssis kimi dəfələrlə Dağlıq Qarabağda olmuşdur.

1991-ci ildə iqtisad elmlər namizədi elmi dərəcəsini almışdır.

1994-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.

Hazırda “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı”  kafedrasının dosentidir.

Ailəlidir, bir övladı var.