tenzim_gulmara_fotoi.e.n., dos. Mikayılzadə Gülnarə Şükür qızı

19 may 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1976-cı ildə D.Bunyadzadə ad. Xalq Təsərrufatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) fərqlənmə  ilə bitirmişdir.

1976-1980-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda işləmişdir.

 

*
1980-1983-cü illərdə Azərbaycan Xalq Təsərrufatı İnstitutunun aspirantı olmuşdur.

1984-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

1986-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır.

Hazırda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının dosentidir.

Makroiqtisadiyyatın müxtəlif problemlərinə aid olan 20-dən artıq elmi əsərin müəllififdir.