UNEC prorektoru Vaşinqtonda təlimə qatılıb

09 MART 2016 | VIEWS:
2946

Photo_1Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru, dosent Şahin Bayramov ABŞ-ın paytaxtı Vaşinqton şəhərində “Strateji Danışıqlar üzrə BacarıqlarTəlimi”ndə (Workshop on Strategic Negotiation Skills) iştirak edib. ABŞ Dövlət Departamenti, BeynəlxalqTəhsil İnstitutu (Institute of International Education) və SkillFocus Consultancy tərəfindən təşkil olunan təlimin əsas məqsədi professional danışıqlar aparılması üzrə bilik və bacarıqların inkişaf etdirilməsi olub.

Təlim danışıqlar aparılması konsepsiyaları və prinsipləri, danışıqlar prosesinin əsas elementləri və mərhələləri, danışıqların təşkili strategiyası və taktikası, danışıqlarda istifadə olunan əsas modellər və alətlər və digər mövzuları əhatə edib. Beynəlxalq danışıqların aparılması xüsusiyyətləri, bunun üçün tələb olunan xüsusi bacarıqlarvə həmin danışıqlarda nəzərə alınması vacib olan milli identifikasiya məsələləri ətrafında geniş müzakirələr aparılıb.

*
5 gün davam edən tədbir çərçivəsində biznes, ticarət, siyasət və sülh danışıqları sahəsində böyük təcrübəsi olan peşəkar diplomatlar və danışıqçılar ilə görüşlər keçirilib.

2947 1