Sənayenin təşkili və idarə olunması ixtisası 

İqtisadiyyat fakültəsinin mühüm ixtisaslarından biridir. Burada sənayedə fəaliyyət göstərən yüksək ixtisaslı bakalavr-iqtisadçı hazırlanır.

Azərbaycanda aparılan iqtisadi siyasətin mühüm tərkib hissəsi olan sənayeləşmənin həyata keçirilməsi nəticəsində son illərdə yüzlərlə müasir sənaye müəssisəsi fəaliyyətə başlayıb, yeni sənaye sahələri və zonaları, texnoparklar, sənaye məhəllələri yaradılıb, ölkənin ixrac potensialı yüksəlib. Sənaye yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Qeyri-neft sənayesinin inkişafında müsbət meyllər özünü göstərmişdir. Ağır sənaye və maşınqayırmanın inkişafının Strateji Yol Xəritəsinin realllaşdırılması nəticəsində sənayenin inkişafı yeni vüsət almışdır. Bu proseslər sənayenin təşkili və idarə edilməsinin kadr potensialının təmin edilməsi sahəsində yeni tələblər qarşıya qoyur, bakalavr və magistratura səviyyəsində sənaye üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını tələb edir.

İxtisas hazırlığı prosesində tələbələrə sənayedə beynəlxalq təcrübə və tendensiyalar, sənayenin inkişafı modelləri haqqında, xüsusilə idxal əvəzləyici yanaşmadan ixrac yönümlü istehsal modelinə keçidin əhəmiyyəti haqqında bilgilər verilir.

*

  • Iqtisad elminin bir istiqaməti kimi sənayenin təşkili nəzəriyyəsinin müasir vəziyyəti haqqında tələbələrdə təsəvvürlər yaradılır;
  • Sənayenin quruluşunun təhlili ilə bağlı əsas elmi yanaşmalar izah edilir;
  • Sahə bazarlarının quruluşuna təsir göstərən amillərin izahı verilir və belə təsirlərin qiymətləndirlməsi üsulları başa salınır;
  • Sənayenin və sahə bazarlarının inkişafına münasibətdə dövlət siyasətinin əsasları tələbələrə çatdırılır;
  • Sahə bazarlarının quruluşunun təhlili və ona olan təsirlərin qiymətləndirilməsi, sənayenin inkişafının dövlət tənzimləməsinin alət və mexanizmlərinin seçilməsi və sənaye siyasətinin işlənilməsi sahəsində bacarıq və qabiliyyətlərə yiyələnməyi təmin edir;
  • Firmaların rəqabətqabiliyyətinin artılırmasının forma və üsulları öyrədilir, müxtəlif tip bazarlarda onların davranışları və qərar qəbuletmə bacarıqları aşılanır.

Bu ixtisası btirənlər dövlət qurumlarında, iqtisadi strukturlarda, müxtəlif firmalarda, biznes qurumlarında, tədris və tədqiqat müəssisələrində işləyə bilərlər.