1983-cü ildə orta məktəbi bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin fəlsəfə fakültəsinə qəbul olunub.
1988-ci ildə həmin universiteti bitirdikdən sonra N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialına təyinat alıb və buradan elə həmin il məqsədli aspiranturaya göndərilib.
1991-ci ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun fəlsəfə üzrə dissertasiya şurasında namizədlik dissertasiyanı müdafiə edib. Fəlsəfə elmləri namizədidir.
1992-ci ildən Azərbaycan Dövlət İqtisadi Universitetinin “Fəlsəfə” kafedrasında çalışır.
Hazırda “Fəlsəfə” kafedrasının dosentidir.
30-a yaxın elmi və tədris-metodiki əsərin müəllifidir.
*
2016-cı ilin dekabrında UNEC-dəki səmərəli elmi-pedaqoji və əmək fəaliyyətləri nəzərə alınaraq təşəkkür elan edilmişdir.
Ailəlidir, bir oğlu var.
UNEC-də “İslam həmrəyliyi həftəsi” keçirilib (07.04.2017)