UNEC-də “İslam həmrəyliyi həftəsi” keçirilib

07 APREL 2017 | VIEWS:
2917

UNEC-in Biznes və menecment fakültəsində “İslam həmrəyliyi həftəsi” çərçivəsində seminar, dəyirmi masa və mühazirələr təşkil olunub.

Həftə ərzində ilk mühazirə “Yeni dünya çağırışları: Azərbaycan və islam” mövzusunda olub. “Humanitar fənlər” kafedrasının professoru Vəkil Həsənov mühazirədə islam ənənəsinin tarixi köklərinə toxunaraq, islamın Azərbaycanda elmin  inkişafına əlverişli şərait yaratmasını tarixi faktlar əsasında geniş şərh edib.

“İslam həmrəyliyi və mənəvi dəyərlər” mövzusuna həsr olunan mühazirəni isə kafedranın dosenti Hümeyrə Mustafayeva keçib. H.Mustafayeva bildirib ki, islam insanların bütün hüquq və azadlıqlarının təminatını ehtiva edən birlik dinidir. Müasir dünyanın bütün sahələrində şərq qadının öz dəsti-xətti vardır.

“İslam həmrəyliyi həftəsi” çərçivəsində növbəti seminar “İslam iqtisadi modelinin cəmiyyətin inkişafında rolu” mövzusunda olub. Seminarda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Bakı şəhər üzrə müdir muavini Ceyhun Əliyev, fakültə rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Fakültə dekanı dosent Mirağa Əhmədov 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin zamanın çağırışlarına cavab verən mühüm addım olduğunu vurğulayıb. Bu ilin ölkəmiz və bütün İslam dünyası üçün uğurlu olacağını, İslam mədəniyyətinin təbliği və təşviqi, ənənələrinin qorunması, İslam dininin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması istiqamətində verilən töhfələrlə yadda qalacağını qeyd edib.

C.Əliyev islamın mənəvi dəyərlərinin bəşəriliyinin onun universal və hərtərəfli xarakter daşımasında olduğunu vurğulayıb. Bildirib ki, islam dəyişən şəraitə uyğun gələn inkişafetmə potensialına üstünlük verir. Dövlət-din münasibətlətinin ən yüksək səviyyədə təşkil edilməsinin başlıca səbəbi tolerantlıq, multikulturalizm kimi dəyərlərin əhali arasında geniş yayılması ilə bağlıdır. Hazırda da Azərbaycan İslam aləminin bir parcası olaraq dünyaya dini nifrət və ayrı-seçkilik, islamafobiya, radikalizm və digər mənfi təzahirlərlə mübarizə aparmaqdadır.

“Humanitar fənlər” kafedrasının dosenti Lətafət Hümmətova iqtisadiyyatda islam ideyalarının gətirilməsi məsələsini təhlil edib, islamın ədalət, qərəzsizlik, əməkdaşlıq, ehtiyalılıq kimi etik dəyərlərdən bəhs edib. İslam iqtisadiyyatı nəzəriyyəsinin bugünkü aktual məsələlərinə toxunulub.

Seminarın sonunda müəllim və tələbələrin sualları cavablandırılıb. Seminarda fəal iştirak edən müəllim və tələbələrə “Qurani Kərim” hədiyyə edilib.

2918 2
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna