3

tex.e.n., dos. Sultanov Elmar Çingiz oğlu

10 may 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1982-ci ildə Azərbaycan Dövlət Texnologiya İnstitutunu bitirmişdir.

Həmin ildən Bakı Konditer Kombinatında mühəndis kimi iş fəaliyyətinə başlamışdır. 1990-1994-ci illərdə mühəndis, menecer, adminstrator kimi vəzifələrdə çalışmışdır.

1995-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasında assistent işləyib.
1998-ci ildə “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının dissertantı olub.

2000-ci ildən həmin kafedrada baş müəllim vəzifəsində işləyib.

 

 

 

*

2007-ci ildən Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında namizədlik dissertasiyasını müdafiə etmişdir.
2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası  tərəfindən Azərbaycan Respublikasının texnika elmləri namizədi diplomu verilmişdir.

Hazırda “Texnoloji maşınlar və sahə avadanlığı” kafedrasının dosentidir.

26-dan artıq elmi əsərin müəllifidir.

Ailəlidir, üç övladı var.