mba555

UNEC BİZNES MƏKTƏBİ 

PROQRAM: BİZNESİN İDARƏ EDİLMƏSİ (MBA) 

İXTİSASLAŞMA: MALİYYƏ

 

İxtisaslaşmanın məqsədi:

Maliyyə ixtisaslaşması aktivlərin idarəedilməsi üzrə fond menecerlərinin və risklərin idarə­edilməsi üz­rə maliyyə menecerlərinin üzləşdiyi kompleks problemlərin  həl­li məqsədilə tədris proqra­mının ilk ilində mənimsənilmiş qiymətləndirmə prin­siplərinin genişləndirilməsi üçün yaradıl­mışdır. Bu ixtisas, həm­çinin maliyyə alətləri (Trading/Available for Sale/Held to Maturity securities, Futures and Options), müəssisələrin birləşməsi (M&A), da­yan­dırılmış əmə­liyyatlar (discontinued operations), ədalətli dəyərin ölçülməsi (Fair Value Measurement) və digər sahələr üzrə maliyyə hesa­bat­larının təh­li­linin aparılması yollarını öyrədir.

 

MBA proqramının müddəti və ünvanı:

Maliyyə ixtisaslaşmasıüzrə təhsil Avropa Kredit Transfer Sistemi uyğun olaraq 4 semestr (2 il) ərzində 10 ümumi fənn üzrə 60 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­­rə 24 kredit və buraxılış layihəsi üzrə 12 kredit ol­maq­la, cəmi 96  kreditlə tamam­lanır.

Bu ixtisaslaşmaüzrə kreditlər ABŞ Kredit Sisteminə ekvivalent olaraq hesablandıqda isə təhsil 4 semestr (2 il) ərzində10 ümumi fənn üzrə30 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­rə 12 kredit və buraxılış layihəsi üzrə 6 kredit ol­maq­la, cəmi 48 kreditlə tamam­lanır.

Dərslər payız, yaz və yay semestrlərində həftədə iki dəfə olmaqla, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, AZ1001 ünvanında keçirilir.Əlaqə: e-mail: mba@asue.edu.az,tel/fax +994124976267

 

MBA proqramına qəbul şərtləri:

Əsas təhsili iqtisadiyyat sahəsinə aid olan və olmayan ixtisaslar üzrə bakalavr də­rə­cəsi almış namizədlər DİM (Dövlət İmtahan Mərkəzi) qəbul imtaha­nın­dan uğurla keç­mək­lə MBA proqramına qəbul olunurlar.

 

MBA proqramında tədris metodlarının üstünlükləri:

Bu proqram ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yük­səl­dilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq sə­viy­yəsinin da­vam­­lı olaraq artırılmasınıa müasir biznes informa­si­ya­sı­nın araşdırılmasına, ana­litik dü­şün­mə və qə­rarvermə qabiliyyətinın inkişafına, biznes eti­ka­sı, təqdimat qabiliyyəti, vax­tın ida­rə­edil­məsi və sa­­hib­­­karlıq məntiqinin for­ma­laşdırılmasına şərait yaradır. Proqram ma­gistrant­ları cə­miyyət, müəs­­sisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmağa hazırlayır. Nəzəri və praktik məlu­matlarla yanaşı, proqramda nümunə kimi konkret biznes halları (case study) mü­­za­kirə edi­lir, rol oynama, biznes oyunu, müxtəlif ssenarialarıntəqdimatları, qrup və la­yi­­hə ça­lış­maları həyata keçirilir və bu zaman müasir tədris me­tod və texnologiyalarından istifadə edilir. Proqram ict­i­mai əhəmiyyətli qeyri-hökumət, qeyri-dövlət və kommersiya yönüm­lü təş­­ki­lat­larda struk­tur və fəaliyyət sahəsinə təsir edəcək dəyi­şik­lik­lərin çevik ida­rə­edil­mə­si, qanun­ve­ri­­cilikdə və biznes mühitində yeni meyillərin öncədən (proaktiv) araşdırıl­ma­sı vərdişlərini aşı­layır. Magistrantın fənni mənimsəməsi həf­tə­­lik və yarım se­mes­trlik testlər (quiz), dərs­də iştirak səviy­yə­si, ev tap­şı­rıq­ları və kumulativ (semestr imtahanı) imta­han əsasında (test və yazılı forma­da açıq sual­lar­dan ibarət olmaqla) qiymətlən­dir­ilir.

 

MBA proqramında tədris kadrları:

Proqram UNEC-in müəl­limləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor-müəllim heyə­ti, ölkə­də fəaliyyət göstərən yerli və xarici təşkilatlarda məsul vəzifədə çalışan rəhbər şəxslər, peşə­kar menecerlər və müqavilə əsasında dünyanın aparıcı təhsil müəssisələrindən dəvət edilmiş profes­sor-müəllim heyətinin elmi bilik və praktik potensialından faydalanır.

 

Diplom:

Təhsilini tamamlamış magis­tr­ öz ixtisası üzrə magistr elmi-ixtisas də­rəcəsi və diplomu ilə təltif olunur və ona bu dərəcəyə uyğun olan hüquq və imtiyazlar verilir.

 

Maliyyə ixtisası üzrə keçirilən fənlər:

 

Birinci semestr:

SMO 652                    Liderlik və təşkilati davranış

MGTSC 501               Biznes statistikası

ECON 503                 Menecment iqtisadiyyatı

ACCTG 503               Maliyyə uçotu(F3)

 

İkinci semestr:

SMO 502                    Strategiya, təşkilat və innovasiya

FIN 502                      Korporativ maliyyə

MARK 502                Marketinq strategiyası

ACCTG 502               İdarəetmə uçotu(F2)

 

Üçüncü semestr:

OM 502                      Əməliyyatlar menecmenti

BLAW 642                 Biznes hüququ(F4)

 

Dördüncü semestr – 4 əsas seçmə fənn

FIN 635                      Portfel menecmenti

FİN 614                      Sərmayələr

FIN 615                      Qiymətli kağızlarla ticarət və maliyyə bazarları

FIN 645                      Maliyyə risklərinin idarəedilməsi

FIN 644                      Beynəlxalq maliyyə

FIN 620                      Kiçik müəssisələrdə maliyyə menecmenti

FIN 650                      Tətbiqi (Advanced)korporativ maliyyə

FIN 632                      Bank menecmenti

ACCTG 610               Audit (qlobal audit metodologiyası)

ACCTG 646               Maliyyə menecmenti (F9)

FİN 637                      Bondlar, öhdəliklər və kredit bazarları

RES 620                     Qərarqəbuletmədə tədqiqat metodları

MIS 521                     İdarəetmənin informasiya sistemləri

HRM 602                   Beynəlxalq biznes etikası və korporativ idarəetmə

BLAW 631                 Menecmentin hüquqi aspektləri

Buraxılış layihəsi (Capstone paper)ixtisas sahəsinə aid olan aktual məsələlər üzrə

937 5