UNEC-də Ümumxalq Hüzn Gününə həsr olunan virtual sərgi hazırlanıb

18 YANVAR 2022 | VIEWS:

20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə UNEC Kitabxana-İnformasiya Mərkəzi 20 Yanvar hadisələrini əks etdirən virtual kitab sərgisi və fotostend hazırlayıb.

UNEC-in bütün  tədris  binalarının  kitabxanasında  20  Yanvara həsr  edilmiş kitab sərgiləri,  fotolardan  ibarət guşələr yaradılıb.

Sərgi və guşələrlə yaxından maraqlanan tələbələrə 20 Yanvar hadisələri barədə məlumat verilir.

UNEC-in e-kitabxanasında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunan virtual sərgidə isə həmin hadisələr barədə tarixi gerçəkləri əks etdirən azərbaycan, rus, ingilis dilində kitablar haqqında məlumatlar nümayiş olunur.

shttps://news.unec.edu.az/xeber/125-universitet/8323-unec-de-umumxalg-huzn-gunune-hesr-olunan-virtual-sergi-hazirlanib